15 C
Baku
Friday, March 29, 2024

Banklarda keçirilən qan vermə aksiyasında könüllülərin sayı rekord vurur

Banker.azın əldə etdiyi məlumata görə, bankların bəziləri  cəbhədə yaralanan əsgərlərə qan yardımı etmək üçün aksiya keçirmişdir. Aksiyada iştirak etmək istəyən bank işçilərinin sayı rekord saya çatmışdır.

Banker.az müşahidəçiləri qanvermə məntəqələrinə işçi sayından daxil olmaqda çətinlik çəkmişdirlər. Bank rəhbərliyindən bildirildiyinə görə, əhalinin ruh yüksəkliyi əvvəlcədən nəzərə alınaraq işçilərin çox olacağı proqnozlaşdırılmışdır, lakin faktiki vəziyyət bu gözləntiləri bir neçə dəfə keçmişdir. Hazırda işçilərin çox olmasını nəzərə alaraq, onların bir qisminə sabah yaxınlaşmaq təklif edilir.

Hazırda belə bir aksiya 2 bank tərəfindən həyata keçirilir. Qeyd olunan banklar haqqında ətraflı reportaj Banker.az tərəfindən yayımlanacaq.

Son xəbərlər
Digər xəbərlər