11 C
Baku
Sunday, March 3, 2024

Banklarda kredit-depozit faiz fərqi kəskin böyüyüb

2018-c i il ərzində Azərbaycan bankları tərəfindən verilən yerli valyutada olan kredit və depozitlərin faizlərində azalma müşahidə edilib.

Bu azalma fonunda banklar depozitlərin illik faiz dərəcəsini daha çox azaldıb, nəinki kreditər. Banker.az bu barədə AMB-nin hesabatında istinad edir.

Belə ki, 01.01.2018-ci il tarixində bankların həm fiziki həm də hüquqi şəxslər üçün təqdim etdiyi  manatda kreditlər üçün ortalama faiz dərəcəsi 13,2%, depozitlər üçün isə 10,72% təşkil etmişdi. 01.01.2019-ci il tarixində eyni göstəricilər kreditlər üçün 14,24%, depozitlər üçün isə 9,58% təşkil etmişdir. Burada fərqə baxsaq görərik ki, manatda olan kreditlər və depozitlər arasındakı 2017-ci ildə 2,48% bəndi fərq, 2018-ci ildə isə 4.66% bəndi fərqi olmuşdur. Bu da fərqin ötən ildə iki dəfəyə yaxın böyümə olması deməkdir.

Fiziki şəxslərdə bu fərq daha böyükdür. 2017ci ildə fiziki şəxslər üçün təqdim edilən yerli valyutada kredit-depozit faizi fərqi 4,72% bəndi olduğu halda 2018-ci ildə 7,01% bəndi olub. Bu da dolayı yolla ölkədə istehlak kreditlərinin artmasına dəlalət edir.

Son xəbərlər
Digər xəbərlər