Banklarda kreditlə əmanət faizi arasındakı fərq böyüyür

Azərbaycan bank sektorunda mövcud kredit və müddətli depozit portfeli üzrə faiz fərqi 2026-cı ildə yenidən genişlənib. Xüsusilə fiziki şəxslərin manatla kredit və əmanətləri arasındakı fərq sentyabrın əvvəlində 7,41 faiz bəndinə çataraq 2021-ci ilin noyabrından bəri ən yüksək səviyyəyə yüksəlib.

Banker.az-ın Azərbaycan Mərkəzi Bankının statistikası əsasında apardığı hesablamalara görə, fiziki şəxslərin manatla müddətli əmanətlərinin orta faizi 9,95%, onlara verilmiş kreditlərin orta faizi isə 17,36% təşkil edib. Beləliklə, iki göstərici arasındakı fərq 7,41 faiz bəndi olub. 2025-ci ilin sentyabrında bu fərq 6,6 faiz bəndi idi. Başqa sözlə, bir ildə spred 0,81 faiz bəndi genişlənib.

Bu, təkcə əhali ilə banklar arasındakı pul alış-verişində deyil, şirkət və təşkilatlarla münasibətlərdə də eyni cür görünür. Manatla depozitlərin orta faizi 7%, kreditlərin orta faizi 11,81% olduğu üçün faiz fərqi 4,81 faiz bəndi təşkil edib. Bir il əvvəl bu göstərici 4,24 faiz bəndi idi. İllik artım 0,57 faiz bəndidir.

Ümumilikdə manatla müddətli depozitlərin orta faiz dərəcəsi ilin əvvəlindəki 9,44%-dən 9,16%-ə düşərkən kreditlərin orta faizi isə 15,44%-dən 15,79%-ə yüksəlib. Nəticədə bütün manat portfeli üzrə kredit-depozit spredi ilin əvvəlindəki 6 faiz bəndindən 6,63 faiz bəndinə qədər genişlənib.

Xarici valyutada isə belə genişlənmə müşahidə olunmur. Fiziki şəxslər üzrə valyuta kreditləri ilə depozitlər arasındakı fərq 1,49 faiz bəndi, hüquqi şəxslərdə isə 2,65 faiz bəndidir. Bir il əvvəl bu göstəricilər müvafiq olaraq 1,51 və 2,67 faiz bəndi idi. Yəni spredin böyüməsi əsasən milli puldakı seqmentində cəmləşib.

Burada söhbət bankların mövcud kredit və depozit portfellərinin orta faizləri arasındakı fərqdən gedir.

67757567

Yeni verilən kreditlərdə isə mənzərə fərqlidir. Avqustda yeni cəlb olunmuş manatla müddətli depozitlərin orta faizi 8,1%, yeni kreditlərin orta faizi isə 18,83% olub. Bununla yeni əməliyyatlar üzrə spred 10,73 faiz bəndi təşkil edib. İlin əvvəlində bu fərq 11,15 faiz bəndi idi. Yəni mövcud portfel üzrə faiz fərqi genişlənsə də, yeni bağlanan kredit və depozit müqavilələrində fərq müəyyən qədər daralır.

Bu fərq bankların gəlirlərində də özünü göstərir. 2026-cı ilin ilk səkkiz ayında bankların kreditlərdən faiz gəliri 2 milyard 982,6 milyon manat olub ki, bu da illik müqayisədə 17,2% çoxdur. Depozitlər üzrə faiz xərcləri isə 20,2% artaraq 995 milyon manata çatıb. Buna baxmayaraq, sektorun ümumi xalis faiz gəliri 13,2% artaraq 2 milyard 282,4 milyon manat olub. Bankların xalis mənfəəti isə 22,7% artaraq 949,7 milyon manata yüksəlib.

Mərkəzi Bankın sədri Taleh Kazımov hələ 2025-ci ilin aprelində bankların 6-8%-lik larını yüksək qiymətləndirərək sektorun “aşağı , böyük həcm” modelinə keçməli olduğunu bildirmişdi.

Kazımov 2026-cı ilin iyulunda AzTV və APA-ya müsahibəsində kredit faizləri ilə bağlı mövqeyini bir qədər geniş izah edib. O bildirib ki, Mərkəzi Bank kredit faizlərini inzibati qaydada müəyyən etmir və faizlər bazarda formalaşmalıdır.

Baş bankirin sözlərinə görə, bankların cəlb etdiyi pulun orta maya dəyəri təxminən 9% təşkil edir; bunun üzərinə əməliyyat xərcləri, kredit riski və bankın öz sı əlavə olunur. Kazımov eyni zamanda bank sektorunda əsas çağırışlardan birinin təmərküzləşmə olduğunu vurğulayaraq rəqabətin artırılmasına ehtiyac olduğunu deyib.

Beləliklə, son rəqəmlər iki fərqli tendensiya göstərir: bankların mövcud manat portfelində kredit-depozit faiz fərqi genişlənməkdə davam edir, lakin yeni verilən kredit və yeni cəlb edilən depozitlərdə spred artıq daralma istiqamətindədir. Bu, bankların yeni qiymət siyasətində müəyyən dəyişiklik başladığını, lakin onun bütöv kredit portfelinin orta faizlərinə hələ tam ötürülmədiyini göstərə bilər

3453453434

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər