26 C
Baku
Saturday, July 27, 2024

Banklarda müştərilərin 50 minə yaxın depozit hesabları bağlanıb

Azərbaycanda bank müştərilərinin sayı 2021-ci ilin mart ayına 9 435 486 nəfər təşkil edib.

Banker.az bu barədə Mərkəzi Bankın statistikasına istinadən xəbər verir.

Martda müştəri hesablarının sayı 233 min 4442 artaraq 21 milyon 666 min 845-ə çatıb. O cümlədən, cari hesabların sayı 195 min 40 artaraq 18 milyon 798 min 586-ya, kredit hesablarının sayı 34 min 625 artaraq 2 milyon 642 min 604-ə, depozit hesablarının sayı isə 3 min 779 artaraq 225 min 655-ə yüksəlib. İllik müqayisədə isə müştərilərin depozit hesabları 49 min 991 ədə azalıb.

Ötən ilin mart ayı ilə müqayisədə fiziki şəxslərin cari hesablarının sayı 2 milyon 172 min 581, hüquqi şəxslərin cari hesablarının sayı isə 9 min 637 artıb.

Son xəbərlər
Digər xəbərlər