7 C
Baku
Sunday, December 15, 2024

Banklarda müştərilərin depozit hesabları kəskin azalıb – 1 ayda 30 mindən çox azalma

Bu ilin may ayında müştərilərin bank hesabları 19 milyon 462 min 8 ədəd olub ki, bu da 2019-cu ilin analoji dövrüylə müqayisədə 10% artım deməkdir.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Aprel ayı ilə müqayisədə isə müştərilərin bank hesabları 70 min 117 ədəd artıb. Cari ilin mayında müştərilərin kredit hesabları aylıq müqayisədə 3% azalaraq 2 milyon 551 min 333 olub.

Qeyd edək ki, bu ilin aprel və may aylarında müştərilərin depozit hesablarında azalma müşahidə edilir. Aprel ayı ilə müqayisədə depozit hesabları 30 min 576 və yaxud  10% azalaraq 281 min 763 olub. Bank müştərilərinin depozit hesabları isə illik müqayisədə 16% azalıb.

Son xəbərlər
Digər xəbərlər