13 C
Baku
Saturday, November 23, 2024

Banklarda risklərin növləri (giriş)

Müəllif: Elçin Çobanov

Banklar digər şirkətlərə nisbətən daha məsuliyyətli şirkətlərdir. Çünki banlar öz kapitalları ilə yanaşı vətəndaşların və digər şirkətlərin varlıqları üzərindən əməliyyatlar icra edir. Bankların əsas dəyəri isə etibarlılıqdı. Bir dəfə neqativ hal baş verdikdə itirilmiş etibarı geri qaytarmaq çox çətindir. Bu səbəbdən banklarda risklərin ölçülməsi və idarə olunması daha vacib məsələdir. Onlar, bu işin öhdəsindən hər kəsdən daha yaxşı gəlməlidir.

Maliyyə riskləri

elchin cobnaoBankların gündəlik əməliyyatları onların əsas gəlir mənbələrindən birini təşkil edir. Maliyyə bazarı isə çox həssas bir bazardır. Çox iqtisadçılar maliyyə bazarlarını iqtisadiyyatın “Barometri” (təzyiq ölçən cihaz) adlandırır. Belə ki iqtisadiyyatda böhranlar ilk maliyyə bazarlarında özünü büruzə verir. Müasir dövrdə banklar vətəndaşlara və investisiya şirkətlərinə elə bir şərait yaradıb ki, öz kapitallarının 200 misli civarında maliyyə əməliyyatları həyata keçirə bilirlər. Bu zaman kiçik bir səhv böyük fəsadlar verə bilər. Eyni zamanda banklar qalıq pullarını maliyyə bazarlarında öz adlarından əməliyyat keçirərək dəyərləndirirlər. Buna görə də bankların üzərinə düşən öhdəliklərdən biri də maliyyə bazarlarını öyrənmək, risklərin ölçülməsi və idarə olunmasıdır. Banklar bu məlumatları özləri istifadə etməklə yanaşı müştərilərinə xidmət formasında da sata bilər. Hər iki halda bank böyük məsuliyyət daşıyır.

Kredit riski

Bankların digər ən məsuliyyətli işləri kreditlərin verilməsidir. Kredit verilən zamanı müştərilər maksimum səviyyədə yoxlanılmasına baxmayaraq, kreditlərin gecikdirilməsi və ümidsiz kreditlər bütün banklar üçün labütdür. Bankların əsas fond hovuzları isə cəmiyyətin depozitləri hesabına yaranır. Bankların ödəmələri vaxtında etməmək kimi bir şansları olmadığı üçün kreditlərə nəzarət, ümidsiz kreditlərin təmini üçün ehtiyat fondu yaratmaq, kredit verərkən təminatların maksimum yoxlanılması kimi işlərdə maksimum diqqətli olmalı və daim nəzarətdə saxlamalıdır.

Məzənnə riski

Günümüzdə banklar müxtəlif valyutalar üzərindən əməliyyatlar aparır və valyuta mübadiləsi ilə məşğul olur. Valyuta məzənnəsi isə gündəlik hətta gündə bir-neçə dəfə dəyişir. Bu zaman banklar məzənə fərqindən ziyan edə bilər. Bu səbəbdən banklar özlərini bu cür zərərlərdən qorumaq üçün lazımı tədbirlər görməlidirlər.

Faiz riskləri

Faizə həssas aktivlərin dəyərləndirilməsi digər vacib məsələlərdən biridir. Bank müxtəlif mənbələrdən müəyyən faiz qarşılığında fondlar əldə edir və bu fondları bazarda yerləşdirir. Aradakı faiz fərqindən mənfəət əldə edir. Bəzi hallarda bazar da faiz dərəcəsi düşə bilər və aradakı fərq azala və/və ya mənfi tərəfə yönələ bilər. Bununla bağlı faiz riski ortaya çıxır.

Likvidlik riski

Qeyd etdiyim kimi bankın əsas dəyəri onun etibarıdır. Bank istənilən vaxt borcunu vaxtında və tam yerinə yetirməlidir. Əks halda etibarı zədələnər və iflas olar. Bu səbəbdən banklarda daim nağd pul və ya qısa müddətdə nağda çevirə biləcəyi aktivlər olmalıdır. Lakin bu elə bir normada olmalıdır ki bank mümkün müştərilərinə maksimum səviyyədə xidmət göstərə bilsin, eyni zamanda kreditorları qarşısında öhdəliklərini vaxtlı vaxtında yerinə yetirə bilsin.

Sərmayə riski

Əksər banklar açıq tipli səhmdar cəmiyyət formasında qurulur. Maliyyə bazarlarında hissə sənədlərini sataraq geniş kütlədən fondlar toplayır. Satılmış hər hissə sənədi bankın imicindən, mənfəətindən, bazardakı söz sahibliyindən təsirlənir. Həmçinin bankın müştərilərinə də təsir göstərir. Bu səbəbdən bank istər səhmdarlarını istər sədə bazardakı imiclərini qorumaq üçün riskləri nəzərə almalıdır.

Əməliyyat riskləri
Banklar çox çeşidli fəaliyyət göstərməklə yanaşı günümüzün ən son texnikasını istifadə edirlər. Bir işçinin səhvi və ya sistemdə bir nasazlıq şirkətə böyük zərərlərə vura bilər və ya şirkəti böyük mənfəətlərdən məhrum edə bilər.
Hüquqi risklər

Banklara gələn sənədlərin yoxlanılması, onlayn əməliyyatların rəsmiləşdirilməsi, hüquqi məsləhətlərdən yararlanmaq hüquqi minimuma endirmək məqsədi daşıyır.

Son xəbərlər
Digər xəbərlər