5 C
Baku
Bazar, Noyabr 28, 2021

Banklarda saxtakarlıq hallarına qarşı tədbirlər görülmür – Elman Sadıqov

“Texnologiyaların inkişafı ilə əlaqədar olaraq plastik kartlar, ödəmə terminalları, bankomat və pos-terminallar üzrə risklərin ölçülməsi mexanizmlərinin olmaması risklərin idarə edilməsində yol verilən əsas səhvdir”.

Bunu “AtaBank”ın Risk Menecmenti departamentinin direktoru Elman Sadıqov, Azərbaycan Risk Peşəkarları Assosasiyasının (ARPA) “Risk Peşəkarları Forumu”nda bildirib.

Onun sözlərinə görə, daxili və xarici saxtakarlıq hallarının baş verməsinə qarşı tədbirlərin görülməməsi yol verilən nöqsanlardandır: “Bundan başqa, əməliyyat risklərinin ölçülməməsi, risklərin müntəzəm şəkildə ölçülməsinin təmin olunmaması, o cümlədən imic və reputasiya riskinin minimallaşdırılması üçün tədbirlər planının olmaması kimi hallar da var. Problemlərin banklara hansı dərəcədə təsirini ölçmək və idarə etmək üçün peşəkar kadrların olması vacibdir. Belə ki, risk menecerlərindən əsasən bankın müxtəlif sahələrindən işləməsi və həmin sahələr üzrə analitik təhlil etmək qabiliyyətinə malik olmalıdır.

E.Sadıqov qeyd edib ki, banklarda risklərin ölçülməsində bir sıra çatışmamazlıqlar, qeyri-müəyyənlik və parakəndəlik hələ də qalmaqdadır: “Bunun qarşısını almaq üçün risk konsepsiyası hazırlanmalıdır. Bu konsepsiya beynəlxalq təcrübə və ölkə banklarının spesifik istiqamət sahələrini praktiki şəkildə birləşdirib, risklərin daha obyektiv şəkildə idarə olunmasını təmin etməlidir”.

Qeyd edək ki, forumda müxtəlif təşkilatları təmsil edən aparıcı ekspertlər, ocümlədə Mərkəzi Bank, ARDNŞ-nun, Dövlət Neft Fondunun, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Valyuta Birjası, bank və qeyri-bank sektorlarının nümayəndələri və rəhbərləri iştirak ediblər.

SalamNews

Son xəbərlər
Oxşar xəbərlər
X