27 C
Baku
Saturday, July 27, 2024

Banklarda SMS məlumatlandırma xidməti neçəyədir? – QİYMƏTLƏR

Banker.az bu dəfə Azərbaycanda fəaliyyət göstərən bankların SMS Xəbərdarlıq xidməti üzrə müəyyən etdiyi tarifləri araşdırıb.

Belə ki, bəzi banklar SMS məlumatlandırma üzrə xidmət haqqını aylıq, bəziləri isə illik olaraq müəyyən edib.

* ABB –  Əmək haqqı kartlarında SMS-xəbərdarlıq xidməti üçün aylıq xidmət haqqı 0.40 AZN təşkil edir. Pensiya kartlarında mədaxil və məxaric üzrə SMS-xəbərdarlıq xidmətinin haqqı 0.40 AZN təşkil edir, yalnız mədaxil üzrə SMS-xəbərdarlıq xidməti isə 01.01.2023-ci il tarixinədək ödənişsizdir.

* Expressbank – SMS-banking xidmətini ATM və ya filiala yaxınlaşaraq aktivləşdirə bilərsiniz, 1 illik xidmət haqqı 6 AZN, 1 aylıq isə 0.5 AZN təşkil edir.

* Bank of Baku – Sms məlumatlandırma birdəfəlik aktiv edilir, kart müddəti bitənədək aktiv olur. 5 AZN təşkil edir.

* Naxçıvanbank – SMS bankinq xidmətinin illik xidmət haqqı məbləği 15 AZN təşkil edir.

* Yapı Kredi Bank – 6 aylıq xidmət haqqı 5AZN, 12 aylıq xidmət haqqı isə 10 AZN təşkil edir.

Daha ətraflı aşağıdakı cədvəldə:

sms 1

 

Son xəbərlər
Digər xəbərlər