Banker.az bu dəfə Azərbaycanda fəaliyyət göstərən bankların SMS Xəbərdarlıq xidməti üzrə müəyyən etdiyi tarifləri araşdırıb.
Belə ki, bəzi banklar SMS məlumatlandırma üzrə xidmət haqqını aylıq, bəziləri isə illik olaraq müəyyən edib.
* ABB – Əmək haqqı kartlarında SMS-xəbərdarlıq xidməti üçün aylıq xidmət haqqı 0.40 AZN təşkil edir. Pensiya kartlarında mədaxil və məxaric üzrə SMS-xəbərdarlıq xidmətinin haqqı 0.40 AZN təşkil edir, yalnız mədaxil üzrə SMS-xəbərdarlıq xidməti isə 01.01.2023-ci il tarixinədək ödənişsizdir.
* Expressbank – SMS-banking xidmətini ATM və ya filiala yaxınlaşaraq aktivləşdirə bilərsiniz, 1 illik xidmət haqqı 6 AZN, 1 aylıq isə 0.5 AZN təşkil edir.
* Bank of Baku – Sms məlumatlandırma birdəfəlik aktiv edilir, kart müddəti bitənədək aktiv olur. 5 AZN təşkil edir.
* Naxçıvanbank – SMS bankinq xidmətinin illik xidmət haqqı məbləği 15 AZN təşkil edir.
* Yapı Kredi Bank – 6 aylıq xidmət haqqı 5AZN, 12 aylıq xidmət haqqı isə 10 AZN təşkil edir.
Daha ətraflı aşağıdakı cədvəldə: