Banklarda sosial kartlar 29 min azaldı – AMB səbəb bunu deyir

Azərbaycanda bank kartlarının sayı yanvar ayın əvvəli ilə müqayisədə sonuna 183 min ədəd, yaxud, 1.98% artımla 9 milyon 413 min ədəd olub.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) göstəricilərində qeyd edilir.

Bank kartlarının 3 milyon 414 min ədədi sosial kartları (aylıq müqayisədə: -0.84% və ya 29 min), əməkhaqqı kartları 2 milyon 525 min ədəd (+0.96%), 2 milyon 368 min ədədi digər (+7.98%) və 1 milyon 105 min ədədi isə (+1.10%) kredit kartları olmuşdur.

AMB ödəniş kartlarının ümumi sayında dəyişiklik statistik vahidlərin ödəniş kartları ilə bağlı məlumatların yenidən təsnifatlaşdırılması ilə bağlı olduğunu deyir. O cümlədən, sosial kartların sayında azalma aqro kartların müddətinin bitməsi ilə əlaqələndirilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.