9 C
Baku
Thursday, December 12, 2024

Banklarda sürətli pul köçürmələrin həcmi kəskin düşür, “card-to-card” yüksəlir

Azərbaycanda banklarla sürətli pul köçürmələrinin həcmi kəskin azalıb, əvəzində “card-to-card” əməliyyatlarının həcmi kəskin artıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ilin ilk üç rübü ərzində banklara daxil olan sürətli pul köçürmələrin həcmi 1 milyard 896.5 milyon manat olub. Bu da 2022-ci ilin eyni dövründən 57% azdır. Qeyd edilən dövr ərzində banklara sürətli pul köçürmələrdən 4 milyard 419.9 milyon manat vəsait daxil olmuşdu.

Bu həmçinin bankdan kənara getmiş sürətli pul köçürmələrə də aid edilir. Belə ki, 2022-ci ilin ilk üç rübündə banklardan kənara köçürülən sürətli pul köçürmələrinin həcmi 767.3 milyon manat olduğu halda, bu rəqəm cari ilin analoji dövründə 466.6 milyon manata qədər düşüb.

Banklararası Kart Mərkəzi vasitəsilə emal olunmuş ödəniş əməliyyatların həcmi isə illik müqayisədə 90% artaraq ilk 3 rübdə 13 milyard 116.9 milyon manat təşkil edib. Söhbət burada milli valyutadan gedir. ABŞ dolları ilə “card-to-card” 42% artaraq 37.27 dollar olub.

Son xəbərlər
Digər xəbərlər