Ötən gün keçirilən ayın 2-ci hərracında dolların bahalaşmasından sonra banklar nəticəyə reaksiya verməyib. Belə ki, Azərbaycan kommersiya banklarının əksəriyyəti 24 saat ərzində dolları dəyişməz saxlayıb.
Banker.az-ın monitorinqinə əsasən, “YapıKredi” və “Amrahbank” dolları cüzi bahalaşdırıb. Lakin, dolların satış qiymətinini “Bank Silk Way” ASC və “Kapital Bank” ASC ucuzlaşdırıb. Ən çox ucuzlaşdıran “Kapital Bank”dır. Adıçəkilən bank ötən gün ABŞ valyutasını 1,7030 manata satsa da, bu gün, ucuzlaşdıraraq 1,6950 manatda qərarlaşdırıb.
Hazırda dolları ən sərfəli qiymətə “Bank Silk Way” (1,6920 AZN) və “Amrahbank” (1,695AZN) satırlar. Alış qiymətində isə ən sərfəli “Kapital Bank” və “Amrahbank”dır — 1,6900 manat.