Azərbaycan banklarında rezidentlərin əmanətlərinin həcmi azalıb. 2019-cu ilin yanvar ayında fiziki şəxslərin milli valyuta ilə rezident əmanətlərinin həcmi 2927,1 mln manat təşkil edib. Ötən ilin dekabr ayında isə bu göstərici 3038,9 mln manat olub. Belə ki, bu il rezident əmanətlərinin həcmi ötən ilin müvafiq ayı ilə müqayisədə 111,8 mln manat və yaxud 3,6 % azalıb.
Banker.az bu barədə AMB-yə istinad edir.
Onu da qeyd edək ki, banklarda xarici valyuta ilə əmanətlərin həcmi 2019-cu ilin yanvar ayında 209,1 mln manat və yaxud 4,5 % azalaraq 4572,7 mln manat olub.
Azərbaycan banklarında qeyri-rezidentlərin xarici valyuta ilə əmanətlərinin həcmi isə artıb. Əgər ötən il xarici valyuta ilə qeyri-rezident əmanətlərinin həcmi 660,5 mln manat idisə, bu il əmanətlərin həcmi 684,3 mnln manat təşkil edib. Belə ki, 2019-cu ilin yanvar ayında qeyri-rezidentlərin xarici valyuta ilə əmanətlərinin həcmi 23,8 mln manat və yaxud 3,6 % artıb.
Bildirək ki, qeyri-rezidentlərin milli valyuta ilə əmanətlərinin həcmi 2019-cu ildə 100,9 mln manat olub. Ötən illin müvafiq dövrü ilə müqayisədə bu il milli valyuta ilə əmanətlərinin həcmi 2,4 mln manat və yaxud 2,3 %azalıb.