22 C
Baku
Wednesday, September 3, 2025

Banklardakı kredit-depozit arasındakı marja böyüməkdədir – SON İLLƏRİN ƏN YÜKSƏK RƏQƏMİ

2Azərbaycanda milli valyutadakı kreditlər ilə depozitlər arasındakı marjanın (faiz fərqinin) ilin əvvəli ilə müqayisədə xeyli yüksəlib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, orta kredit və depozit faizləri arasındakı fərq ilin əvvəlindən 5.91 faizdən 7 ayın sonuna 6.25 faiz bəndinə yüksəlib. Bu da son 7 ayda bankların faiz marjasının 0.34 faiz artımıdır.

Yəni banklar hər 1 000 manat üzrə kreditdən illik 59.1 manat xalis gəlir əldə edirlərsə, 8 ayın sonuna mənfəətlilik 62.5 manata yüksəlib.

2019-cu ilin dekabrında manatda olan kredit-depozit faizlərindəki fərq 5 faizdən aşağı idi.

2025-ci ilin əvvəlində banklar orta hesabla manat kreditlərini 14.66 faizlə verirdilərsə, bu yeddi ayın sonuna 15.22 faizə qalxıb. Depozitlərdə də eyni tendensiya (artım) davam edərək 8.75 faizdən 8.97 faizə qalxıb. Bununla belə göründüyü kimi kreditlərdəki artım depozitlərdən daha sürətli gedib.

Banklar bu il ilk 7 ayda 2.21 mln. manat kreditlərdən faiz gəliri əldə ediblər. Müqayisə üçün onların kreditlərdən faiz gəliri keçən ilin analoji müddətində 1.77 mlrd. manat idi. Depozitlərdən isə 717.4 mln. manat faiz xərci ödəyiblər. Bu keçən ilin eyni dövründə 487.6 mln. manat olmuşdu. Beləliklə, bankların kredit-depozit üzrə fərqdən xalis faiz gəlirləri 1.29 mlrd. manatdan 1.49 mlrd. manata qədər yüksəlib.

Bütün bu artımlar Azərbaycan Mərkəzi Bankın faizlə bağlı iclaslarda təkcə 2025-ci ildə dörd ardıcıl dəyişməz saxlaması şəraitində baş verib. Mərkəzi Bank iyuldan etibarən faizləri 25 baza bəndi endirib.324923432489

Mərkəzi Bankın sədri Taleh Kazımov da 23 aprel tarixində keçirilən mətbuat-konfransda bu məsələyə toxunmuşdu və təsdiqləmişdi ki, kredit və depozitlər arasında faiz yüksəkdir. Onun sözlərinə görə, banklar daha ədalətli və uzunmüddətli inkişaf modelinə keçid etməli, “aşağı marja, böyük həcm” prinsipi ilə işləməyə uyğunlaşmalıdırlar.

“Banklara deyirik ki, kreditləşməni davam etdirmək üçün öz marjalarınızdan istifadə etməlisiniz. Bu gün marjalarınız çox yüksəkdir. Banklar artıq böyük marja deyil, aşağı marja ilə böyük həcmlərdə işləmə mədəniyyətini formalaşdırmalıdır”- deyə, bankir Kazımov əlavə etmişdi.

İqtisadçı-ekspert Elman Sadıqov bununla bağlı Banker.az-a açıqlamalarının birində hazırda bankların depozit və kredit faizləri arasındakı spredi (fərqi) daraltması imkanları olduğunu və bu imkanlardan faydalanmalı olduğunu demişdi. O, bankların son illərdə yaranmış şəraitdən istifadə edərək demək olar ki, 90%-nin strateji yanaşma tərzində dəyişikliklərə getməli olduqlarını bildirmişdi.

AMB sədri Taleh Kazımov yeni vəzifəsinə başladığı 2022-ci ildən bəri faizlərin bazarda birbaşa təsirlərini artırmağa çalışsa da, özünün də qeyd etdiyi “avtonom faktorlar” hələ də təsiri zəif saxladır. Lakin ümumilikdə bu müddət ərzində məcburi ehtiyatların əmsallarındakı sərtləşmə depozit bazarındakı rəqabəti yüksəldib, banklararası repo və təminatsız kreditlərdə faizlər faiz dəhlizi ilə korrelyasiya təşkil edib. TOP5-likdəki iri banklarda kiçik banklar kimi depozitlər üçün faizləri qaldırıblar.

2 1

Son xəbərlər
Digər xəbərlər