8 C
Baku
Wednesday, October 30, 2024

Banklardakı kredit hesablarının sayı 25%-dən çox artıb

Azərbaycan Mərkəzi Bankı banklarda müştərilərin cari, kredit və depozit hesablarının sayını açıqlayıb.

Banker.az xəbər verir ki, Mərkəzi Bankın cari ilin ilk 8 ayını əhatə edən hesabatına əsasən, Azərbaycanda 24 681 179 cari hesab var ki, bu da illik müqayisədə 720 196 və ya 3% çoxdur. Avqust ayı ərzində cari hesabların sayında 476 977 və ya 2% artım olub.

Hesabatda göstərilir ki, ölkə banklarında kredit hesablarının sayı 5 239 737 təşkil edir. Bu hesabların sayında avqust ayı ərzində 140 367 və ya 2.8%, illik isə 1 061 074 və ya 25.4% artım var.

Banklarda 284 114 depozit hesabı var. Avqustda depozit hesabları 5 111 və ya 1.8% artıb. Mərkəzi Bankın 2022-ci ilin yanvar-avqust aylarını əhatə edən hesabatındakı bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 34 775 və ya 14% çoxdur.

 

Son xəbərlər
Digər xəbərlər