4 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Banklardan AMB-nin 100 milyonluq təklifinə milyardlıq tələb

12 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50100196S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 20 investor tərəfindən qiyməti 99.5351(6.01%) olan 24 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,072,633,400 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351(6.01%) , orta ölçülmüş qiyməti isə 99.5351(6.01%) müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 09.02.2022-ci ildir.

Son xəbərlər
Oxşar xəbərlər