15 C
Baku
Monday, April 22, 2024

Banklardan AMB-nin 300 mln.-luq təklifinə 1.6 mlrd.-lıq təklif gəldi

28 mart 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50101296S dövlət qeydiyyat nömrəli, 300 milyon manat həcmində, 23 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 17 investor tərəfindən qiyməti 99.6019 (6.26%) olan 27 sifariş təqdim edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,617,741,400.00 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.6019 (6.26%) olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 300,000,000.00 manat təşkil etmişdir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Notların ödəmə tarixi 20.04.2022-ci ildir.

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər