-1 C
Baku
Sunday, December 15, 2024

Banklardan bəziləri niyə “gözə pərdə” asırlar?

Bu gün bir neçə bankın filiallarına baş çəkdik. Bəzilərində adam əlindən tərpənmək olmurdu.Çoxuda məhz valyuta məsələsi ilə bağlı gəlmişdilər. Növbədə müşahidələr apardıq. 1 saatın içində bank kassiri bir adama “dollar satmırıq”, digərinə isə “baxır nəqədər istəyirsən” sözlərini eşitdik.

Bir neçə gün öncə t əsadüfən televizorda Beynəlxalq bankın hansısa filialında çəkilişə sataşmışdı. Filialda olan əhali ürəklə bildirirdilərki dollar almaqda heç bir problemimiz yoxdur –bank nə qədər istəyiriksə bizə dollar verir. Amma faktiki olaraq, bu gün bankın Abşeron filialında bunun tamam əksini müşahidə etdik. Bankın valyuta dəyişmə tablosunda satış alış kursu qeyd olunsada, satış kursu təyin edilməmişdir. Kassirdən maraqlandıq ki nə məsələdir, o isə öz növbəsində baş ofisdən dollar satmamaq barədə tapşırığın gəldiyini bildirdi. Eyni məsələni AG bankda müşahidə etdik. İşçi bildirdiki, baş ofisdən tapşırıblar dollar satmayaq.

Bu situasiya təkcə Beynəlxalq bankda belə deyil ,müşahidə apardığımız 10 bankda eyni situasiya var idi. Bankların PR şöbələri bildirirlərki dollar satılır, amma fakt filialda əhaliyə dollar verilmir.

Sual yaranır, bəz reallıqla deyilən söz niyə üst-üstə düşmür?

Məsələnin kökündə təbii ki yenədə bürokratik məsələlər dayanır. Əslinə qaldıqda Mərkəzi Bank əvvəlki qədər olmasada, ondan bir qədər az məbləğdə dolları banklara satır. Banklar  bu pulu filiallar üzrə müəyyən proporsiyalarda bölür. Filialların sərəncamında isə müəyyən x məbləğində dollar yaranır.Və ortalığa bir hörmətli müəllim çıxır , tanışlıqla dolların çox hissəsini o alır. Əhaliyə isə demək olarki dollar qalmır və ortaya belə bir vəziyyət çıxır.

İndi təsəvvür edin , bazarın sakit vaxtı , Mərkəzi Bank bazara misal üçün 100 mln. dollar çıxarardısa, hazırda bu məbləğ 50 mln. dollara endirilir və normalda dollar alanlardan əlavə, yastıq altından manatını dollara çevirmək istəyənlər ordusunun qarşısında bu 50 mln. dollar kimə çatacaq?

Bizdə olan məlumata görə, bəzi bank əməkdaşları “şapka” əvəzinə dolları istədikləri şəxsə satırlar.

Əslində məsələnin bu formada qoyuluşu əhalidə müəyyən panika yaradır- deməli devalvasiya olacağını bilən bank dolları satmır. Amma faktiki olaraq, məsələnin kökündə məhz yuxarıda qeyd olunan məsələlər durur.

Son xəbərlər
Digər xəbərlər