Azərbaycanda banlardan kənarda olan pul kütləsinin həcmi fevral ayında da artıb.
Banker.az Azərbaycan Mərkəzi Bankının “Pul aqreqatlarına dair” statistikasına istinadən xəbər verir.
2023-cü ilin martın 1-nə ölkədə banklardan kənarda 13 milyard 579 milyon manatlıq nağd pul (M0) var.
Bu da yanvar ayı ilə müqayisədə 321 milyon manat və ya 2.4% yuxarıdır.
Ölkədə M2 pul aqreqatı üzrə göstəricilər 103.5 milyon manat və ya 0.4% artmaqla 29 milyard 18.3 milyon manata yüksəlmiş. Burada, 24 milyard 680.8 min manat M1 (hansı ki, bura daxildir: 13 milyard 579 milyon manatlıq banklardan kənardakə nağd pul (M0) və 11 milyard 101.8 milyon manatlıq tləbli depozitlər) və 4 milyard 337.5 milyon manatı milli valyutada olan müddətli əmanətlər (+3.1% aylıq)təşkil edib.
Ümumilikdə, M3 pul aqreqatı geniş mənada pul kütləsinin həcmi 281.8 milyon manat və ya 0.7% azalıb. Qeyd edilən tarixə 41 milyard 733 milyon manat təşkil edib. M3-ün pul bazasına (18 milyard 911.7 milyon manat) nisbəti 2.26-dan 2.21-ə düşüb.
Pul aqreqatları pul kütləsinin struktur göstəriciləridir. Bir-biri ilə likvidlik səviyyəsinə görə (tez bir zamanda nağd pul vəsaitinə çevrilə bilmə imkanına görə) fərqlənən pul və pul vəsaitlərinin növləri pul aqreqatları adlanır.
Azərbaycan Mərkəzi bankı M0, М1, М2, М3 pul aqreqatlarına sahibdir:
М0 = dövriyyədə olan nağd pullar (qəpiklər, banknotlar).
М1 = М0 + çeklər, tələb olunanadək əmanət və depozitlər, (həmçinin bank debet kartları), təşkilatların hesablarındakı milli valyuta qalıqları.
М2 = М1 + təcili yatırımlar.
М3 = М2 + əmanət yatırımları, sertifikat və dövlət istiqrazları.