6 C
Baku
Thursday, November 7, 2024

Banklardan müştərilərə Yeni il “hədiyyə”si – Hansı təklifləri var?

Qarşıdan “Yeni İl” bayramı gəlir. Artıq bir çox yerlərdə yeni il əhval-ruhiyyəsini hiss edir və bayramla əlaqədar kampaniyaları görməyə başlayırıq.

Banker.az olaraq banklarımızın bayramla əlaqədar kampaniyalarını araşdırdıq və sizlərə təqdim edirik.

                                  Bankların “Yeni il” kampaniyaları
Banklar Kampaniyalar Endirimlər
Accessbank  + “Qışınız yaz olsun” Krediti indi alıb, 3 ay
sonra ödəmək imkanı
AFB bank  +  “Sərfəli Qış kampaniyası”  İllik faiz dərəcəsinə 2% endirim, 0% komissiya
AgBank  –  –  –
Amrahbank  –  –  –
AtaBank  + “Yeni ilə iPhone ilə” əmanət yerləşdirən müştərilərə
yerləşdirdikləri məbləğə uyğun
olaraq hədiyyə seçimi
Azərbaycan Beynəlxalq Bankı  + “Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”  Tamkart Classic pulsuz, digər kartlara 50% endirim, minimum 3% cashback; yeni ilə aşağı faizlərlə 16%-dən başlayaraq kredit, əmanətlər üzrə +1% şərti ilə faiz dərəcələri
Azərbaycan Sənaye Bankı  –  –  –
Azər-Türk bank  +  “Qış kampaniyası” 25 000 AZN-dək nağd
krediti cəmi 16%-dən
Bank Avrasiya  +  “YENİ İL – YENİ EV!” İllik faiz dərəcəsi  – 6.5 %
Kreditin məbləği  – 150 000 AZN
Bank xərcləri  – “0” %  –  “0” AZN
Müddət – 25 ilədək
Bank of Baku  + Yeni ilədək pulsuz danışın 30.000 AZN-dək Nağd Pul Krediti
əldə etdikdə 30 DƏQİQƏ;
Bolkart taksit kartı ilə alış-veriş
etdikdə 30 DƏQİQƏ
Bank BTB  + “Yeni ilə Yeni Kart”  3 illik Visa Classic kartını əldə etmək
istəyənlər üçün cəmi 5 AZN
Bank Respublika  +  “100% sərfəli” nağd istehlak kreditləri  100%
komissiyasız və illik 16%-dən
başlayan faiz dərəcəsi
Premium bank  –  –  –
Bank VTB  –  –  –
Expressbank  +  “Arzulara daha yaxın” nağd pul kreditləri endirimli faiz dərəcəsi – illik cəmi 16,5%, 36 ayadək
Günaybank  –  –  –
Xalqbank  –  –  –
Kapital bank  + Hər TAKSİTli alış-verişdə
hədiyyə qazan
50 AZN məbləğində alış-veriş edən
hər müştərilərə müxtəlif hədiyyələr
Melli İran Bankı Bakı filialı  –  –  –
Muğanbank  + Ulduzum fürsəti Bakcell istifadəçilərinə Muğanbank “ASC”-in
Visa İnfinite, Mastercard World Elite,
Union Pay Diamond plastik
kartları 50% endirimlə
Naxçıvanbank   –  –  –
NBCBank  –  –  –
Yelo bank  +  “Yeni il və həmrəylik günü ilə bağlı kredit enidirim kampaniyası” nağd kreditləri 2% endirimlə,
yəni 17 %-dən başlayaraq
Paşa bank  –  –  –
Rabitəbank  + “Qış Kampaniyası” Nağd Pul kreditinə 5% endirim
və 16% ilə əldə etmək
Turanbank  –  –  –
Unibank  + 1.”0% komissiyalı 2020”

2. 50.000 manatadək
mikrokrediti 0% komissiya

1.2020 AZN-dək məbləğdə komissiya 0%;
kreditin ödənişində 1 ay güzəşt
2. 50.000 manatadək krediti 0% komissiya,
48 ayadək müddət,
3%-dək endirim
Yapı Kredi Bank  –  –  –
Ziraat Bank  –  –  –

Kapital BankBirKart-la taksit edən hər müştəri hədiyyə qazanacaq

Kapital Bank Yeni il münasibətilə BirKart taksit kartının sahibləri üçün yeni kampaniya keçirir. Şərtlərə görə taksitlə minimum 50 AZN məbləğində alış-veriş edən hər müştərilər müxtəlif hədiyyələr qazanacaqlar. Alış-veriş edən müştəri qazandığı hədiyyə barədə dərhal telefonuna bildiriş alacaq. Aksiya 5 yanvar 2020-ci il tarixinədək davam edəcək.

Hədiyyələr arasında McDonald’s və KFC-dən pulsuz menyular, CinemaPlus və Park Cinemadan pulsuz kino bileti, Azercell və Bakcell-dən pulsuz danışıq dəqiqələri və meqabaytlar, Azpetrol-dan pulsuz yanacaq kuponu, 189 Taksi Xidmətindən pulsuz gediş haqqı, həmçinin Kapital Bank-dan pulsuz Visa Electron kartı vardır. Hər 100-cü əməliyyat edən müştərilər isə avtomatik olaraq 100 AZN qazanacaqlar. Kampaniya barədə ətraflı olaraq saytdan məlumat almaq olar – www.kbl.az/ny.

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

BirKart Yeni il 2020 1


Unibankhər kəs üçün “0% komissiyalı 2020” kampaniyası keçirir

2020-ci ildə planlarınız nədir? Planlarınızı həyata keçirmək üçün Unibank sizə əla fürsət yaradır. Yeni il kampaniyası çərçivəsində 2020 manatadək nağd krediti komissiyasız, möhlət imkanı ilə ala və üstəlik hədiyyə qazana bilərsiniz.  Dekabrın sonunadək “Unibank”dan nağd kredit götürənlər 2020 AZN-dək krediti  0% komissiya ilə əldə edəcək, ödənişi isə 1 ay möhlətlə- ikinci aydan başlayaraq ödəyəcəklər. Üstəlik ALBALI PLUS kredit kartını da pulsuz əldə etmək imkanı qazanacaqlar.

İndi “Unibank”dan kredit götürmək Sizə xüsusi üstünlüklər verir:
– 2020 AZN-dək məbləğdə komissiya 0%;
– kreditin ödənişində 1 ay güzəşt;

– ALBALI PLUS kredit kartı hədiyyə;
– sığorta xərci yoxdur;
– zamin tələbi yoxdur;
– kreditin ödəniş tarixini müştəri özü təyin edir;
– 20 000 AZN-dək kredit məbləği;
– 48 ayadək ödəniş müddəti;
– cəmi 19 AZN-dən başlayan aylıq ödəniş;
– kreditin çox qısa zaman ərzində rəsmiləşdirilməsi imkanı.

ug

“Unibank”dan 50.000 manatadək mikrokrediti 0% komissiya ilə götürün!

 Biznesinizi  böyütmək istəyirsinizsə, “Unibank”dan kredit götürmək üçün çox uğurlu vaxtdır. Unibank biznes sahibləri üçün “Yeni ilə endirimlə” kampaniyasını elan edir. Biznesiniz üçün  2020-ci ildə nəzərdə tutduğunuz bütün planları reallaşdırmağa bu gündən başlayın!

Dekabrın sonunadək “Unibank”dan mikrokredit götürən bütün biznes sahibləri, 50.000 manatadək krediti 0% komissiya ilə 48 ayadək müddətə, üstəlik 3%-dək endirimlə əldə edəcəklər. Kampaniyadan  ticarət, istehsal, kənd təssərrüfatı və xidmət sahələrində fəaliyyət göstərən sahibkarlar faydalana bilərlər.

Unibankın  “Yeni ilə endirimlə” kampaniyası çərçivəsində sərfəli mikrokredit götürmək istəyən biznes sahibləri bankın regionlardakı bütün filiallarına  və Abşeron ərazisində yerləşən “Sumqayıt”, “Xırdalan”, “İnşaatçılar” “Əcəmi”, “Əhmədli”, “Bakıxanov”, “Nərimanov”, “Neftçilər” və  “Mərdəkan”filiallarına müraciət edə bilərlər.

m2


Muğanbank-dan Ulduzum Fürsəti

Muğanbank “ASC” “Bakcell” mobil rabitə şirkəti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə 2-30 dekabr tarixləri arasında “Ulduzum Fürsəti” adlı kampaniyaya əsasən “Ulduzum” proqramına qoşulmuş Bakcell istifadəçilərinə Muğanbank “ASC”-in Visa İnfinite, Mastercard World Elite, Union Pay Diamond plastik kartları 50% endirimlə təklif ediləcəkdir.

uf scaled


Bank BTB – Yeni il Yeni kart kampaniyası 3 illik kartı 5AZN-ə sifariş edərək həmin gün əldə edə bilərsiniz. Şəxsiyyət vəsiqənizi Whastapp-a göndərə bilərsiniz. Və ya Filiallardan birinə müraciət edə bilərsiniz.

“Yeni ilə Yeni Kart” kampaniyasına start verən Bank BTB maksimum müddətli Visa Classic kartlarını müştərilərinə minimum qiymətə təklif edir. Yəni, 3 illik Visa Classic kartını əldə etmək istəyən istər fiziki, istərsə də hüquqi şəxslər bunun üçün cəmi 5 AZN ödəməli olacaqlar. Müştərilərə 1 iş günü ərzində təqdim olunan kartlar AZN valyutalıdır.

Kampaniya 30 dekabr-dək davam edəcək. Qeyd edək ki, kampaniya yalnız qeyd olunan filiallarda keçiriləcəkdir. Baş Ofis, 28 May, Sənaye, Əcəmi, Həzi Aslanov

btb yenil


Accessbank – Hər il olduğu kimi, AccessBank bu il də Yeni il ərəfəsində müştərilərini hədiyyəsiz qoymur. Bankın budəfəki fürsətləri ilə hər birinizin qışı yaza çevriləcək!

Beləliklə, AccessBank-ın Yeni il münasibətilə dekabrın 30-dək keçirdiyi “Qışınız yaz olsun” kampaniyasından faydalanan müştərilər sərfəli şərtlərlə biznes və istehlak kreditlərini əldə edə bilər. Kampaniyanın şərtlərinə əsasən, müştərilərimiz kreditlər üzrə ödənişlərə 3 ay sonra başlayacaq.

qisy

Hal-hazırda kredit üçün və əmanətlər üçün kampaniyamız var. 6-8 və 9-11 aylar üçün əmanətlərin faiz dərəcəsinə +1 kampaniyamız mövcuddur. Bunlarda illik faizə 1 faiz əlavə gəlir.hal-hazırda 6 aylıq müddətin sonunda götürmək şərti ilə illik faiz dərəcəsi 6,5% idi olacaq 7,5%.


Bank Respublika “100% sərfəli” yeni il kampaniyasına başlayır.

Bankın start verdiyi “100% SƏRFƏLİ” kredit kampaniyasından yararlanan hər bir kəs yeni ildə öz xəyallarını həyata keçirə biləcək!

Belə ki, dekabr ayının 30-dək (daxil olmaqla) “Bank Respublika”ya müraciət edən müştərilərə nağd istehlak kreditləri  100% komissiyasız və illik 16%-dən başlayan SƏRFƏLİ faiz dərəcəsilə təklif olunacaq.

Kreditin maksimal mәblәği 30 000 manat, müddәti isә 24 ay tәşkil edir. Rəsmi gəlirdən asılı olaraq 20 000 AZN-dək məbləğdə kredit zaminsiz də təqdim edilə bilər. Qeyd edək ki, Bank Respublikada kredit götürmənin digər üstünlükləri çevik rəsmiləşdirmə və heç bir sığorta haqqının olmamasıdır.

reliz6


“Bank Avrasiya” ASC 10  illik yubileyi münasibəti ilə “YENİ İL – YENİ EV!” kampaniyasına start verdi. Kampaniya daxilində adi ipoteka kreditinin şərtləri :

İllik faiz dərəcəsi  – 6.5 %

Kreditin məbləği  – 150 000 AZN 

Bank xərcləri  – “0” %  –  “0” AZN

Müddət – 25 ilədək

Güzəştli İpoteka üçün illik faiz dərəcəsi  4% təşkil edir və kredit 30 il müddətinə verilir.

“YENİ İL – YENİ EV!” kampaniyası daxilidə alqı-satqını sürətləndirmək məqsədi ilə sənədləşdirmə prosesi də optimallaşdırılaraq sadələşdirilib.  Belə ki, alaçağı evi təyin etmiş müştəri 1 həftə ərzində artıq  mənzilin sahibinə çevrilə biləcək.

İpoteka kreditlərinin rəsmiləşdirilməsi Bankın “Buta” filialında (Bakı ş, Xəqani küç., 85B) və “Sumqayıt” filialında (Sumqayıt ş., 1-ci məhəllə, ev 2) həyata keçirilir.

pr sayt


Azər Türk Bank-la yeni ili sərfəli qarşılayın! 25 000 AZN-dək nağd krediti cəmi 16%-dən başlayan faizlərlə əldə edin! Bu kampaniya çərçivəsində 21 aydan 48 ayadək kredit əldə edən müştərilər aylıq ödənişi təyin edilən məbləğdə və vaxtda ödəyərsə, hesablarına 1.5% həcmində Cashback əldə edəcəklər.
Şərtlər:
Kreditin maksimum məbləği:   25 000 AZN, zaminsiz kreditin maksimum məbləği: 15 000 AZN, kreditin müddəti: 3 – 48 ay nəzərdə tutulub. Sığorta tələb olunmur. Xidmət haqqı 1% – 2.5%-dir.

Kreditin müddəti 3-12 ay olduqda kampaniya üzrə faiz dərəcəsi 16%, 13-20 ay olduqda 19%, 21-36 ay olduqda 21%, 37-48 ay olduqda isə 23%-dir.

CashBack ilə faiz dərəcələri:
21 – 36 ay: min. 19.2% – max. 19.9%
37 – 48 ay: min. 21.9% – max. 22.1%

Kampaniyanın müddəti 2 Dekabr 2019-cu ildən  31 yanvar 2020-ci ilə qədərdir.

2400 1200 az


“AtaBank” ASC-nin “Yeni ilə iPhone ilə” kampaniyası əmanətçiləri sevindirməyə davam edir. AtaBank-da əmanət yerləşdirən müştərilər 12 noyabr tarixindən etibarən start götürən kampaniyadan faydalanırlar.

Kampaniya çərçivəsində əmanət yerləşdirən müştərilərə müqavilə ilə birgə hədiyyələrin siyahısı təqdim olunur və müştərilər yerləşdirdikləri məbləğə uyğun olaraq hədiyyə seçimi edirlər.

Artıq kampaniya müddəti ərzində – 107 ədəd İSMA Bike, 29 ədəd iPhone 11, 4 ədəd iPhone 11 Pro, 3 ədəd iPhone 11 Pro Max, 100-dən çox otel istirahət paketləri və digər hədiyyələr bankın əmanətçilərinə hədiyyə olunmuşdur.

Xatırlatmaq istərdik ki, “Yeni ilə iPhone ilə” kampaniyasının şərtlərinə əsasən əmanətçilər müxtəlif hədiyyələrə sahib ola bilərlər: iPhone 11, Pro və Pro Max telefonları, İSMA Bike, Gəncə Beynəlxalq Xəstəxanasında tam klinik müayinə, Excelsior Hotel Shamkir, Qalaaltı Hotel & SPA, Shamakhi Palace Sharadil, Quba Palace, Lankaran Springs & Wellness Resort,  Garabag Resort & SPA, Aura SPA otellərində istirahət  paketləri, eləcə də Uludağ/Şri-Lanka/Şarm-Əl-Şeyx/Dubay istiqamətlərinə səyahət imkanı.

Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və 31 dekabr 2019-cu il tarixinədək qüvvədədir. 

atabank site news campaign continuing


Rabitəbank möhtəşəm “Qış Kampaniyası” çərçivəsində kredit şərtlərinə dəyişiklik etdi!


Yelo Bank – Yeni il kampaniyasına uyğun olaraq hazırda nağd kreditləri 2% endirimlə, yəni 17 %-dən başlayaraq təklif olunur. Nağd kreditlər hazırda 17%-dən başlayaraq 300-30.000 AZN-dək 6-36 ay müddətinə təklif olunur və müştərinin kredit tarixçəsindən və müddətdən asılı olaraq dəyişə bilər.


Bank of Baku – Bu ilin Yeni İl hədiyyəsi “Bank of Baku” və “Bakcell”  Ulduzum-dan olacaq! 😊

Belə ki, 31 dekabr tarixinə kimi Bakcell abunəçiləri Bank of Baku-dan,

➡️30.000 AZN-dək Nağd Pul Krediti əldə etdikdə cari ilin sonunadək hər gün şəbəkədaxili 30 DƏQİQƏ;
➡️Bolkart taksit kartı ilə 28 Mall və Gənclik Mall-da alış-veriş etdikdə isə şəbəkədaxili 30 DƏQİQƏ qazanacaq.

78363418 2843026749081605 4308589356009914368 o

Həmçinin, hal-hazırda faiz dərəcələrinə endirim kampaniyası davam edir. Kreditin faiz dərəcəsi 16%-dan başlayır. Komissiya 1 və ya 2%, sığorta xərci isə yoxdur.


Expressbank – Bayramlar yaxınlaşdıqca, Expressbank müştərilərinin arzularına daha yaxın olması üçün müxtəlif kampaniyalar keçirdir!

Belə ki, 2019-cu ilin son iş gününə kimi davam edən kampaniya çərçivəsində nağd pul kreditləri endirimli faiz dərəcəsi – illik cəmi 16,5% təklif edilir. Amma müştərilərin sevinci bununla bitmir. Endirimli kampaniyadan yararlanmaq istəyənlər pul kreditini tək 12 aya deyil, hətta 24 və ya 36 ayadək rəsmiləşdirərək ödənişləri illik 16,5% ilə ödəyə bilərlər.

Aşağı faizlə ayrılan nağd pul krediti üzrə 36 ayadək ödəniş müddətinin verilməsi müştərilərə aylıq kredit ödənişlərini daha rahat nizamlamağa imkan verəcək.

70

AFB bankYeni il bayramı ərəfəsində sərfəli qış kampaniyasına start verir.Bayram boyu davam edəcək kampaniya zamanı nağd pul krediti daha sərfəli şərtlərlə təqdim olunacaq. 16.12.2019-15.01.2020– ci il tarixlərini əhatə edəcək kampaniya çəçivəsində kredit götürən hər kəsə illik faiz dərəcəsinə 2% endirim ediləcək. Qeyd edək ki, kreditlər 0% komissiya ilə rəsmiləşdiriləcək.                  620x413 1 1


Azərbaycan Beynəlxalq Bankı – ABB-da “Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibətilə kredit, ödəniş kart və manat depozit kampaniyasına start verilir.

1. 16.12.2019 – 15.01.2020 tarixlərində TAM kart Classic kartı pulsuz, TAM kart Gold kartı 15 AZN , TAM kart Platinum kartı 50 AZN , TAM kart Premium kartı isə 150 AZN xidmət haqqı tutulmaqla müştərilərə təqdim olunacaqdır. Kampaniya dövründə bütün “TAM kart” kredit kartı məhsulları vasitəsilə ölkə xarici nağdsız ödənişlər və ya alış-veriş (Kredit ödənişləri, Maliyyə institutlarına ödənişlər, Elektron pul kisəsi və mərc oyunları, İpoteka, dövlət və sığorta ödənişləri, Kommunal xidmət və Mobil rabitə ödənişləri, Nağd əməliyyatlar istisna olmaqla) zamanı əməliyyat məbləğinin 3% miqdarında “cashback” təqdim olunacaq.

dfgh

16.12.2019 – 31.01.2020 tarixlərində fiziki şəxlər hesaba 100 ş.v. (kartın valyutasından asılı olaraq AZN/USD) məbləğində vəsait mədaxil etdikdə AMEX Green kartı (1 illik) , 300 ş.v. (kartın valyutasından asılı olaraq AZN/USD) məbləğində vəsait mədaxil etdikdə AMEX Gold kartı (1 illik) , 1000 ş.v. (kartın valyutasından asılı olaraq AZN/USD) məbləğində vəsait mədaxil etdikdə isə AMEX Platinum kartı (3 illik) müştərilərə hədiyyə olunur. Kampaniya çərçivəsində sifariş olunmuş AMEX Green kartına eyni hesaba bağlı əlavə kimi Mastercard Standard kartı (1 illik) , AMEX Gold kartına eyni hesaba bağlı əlavə kimi Mastercard Gold kartı (1 illik) , AMEX Platinum kartına isə eyni hesaba bağlı əlavə kimi Mastercard Platinum kartı (3 illik) pulsuz olaraq təqdim edilir.

2.Kredit kampaniyası 16.12.2019-31.01.2020 tarixlərini əhatə edəcək.
Kampaniya ərzində kredit şərtləri belədir: Məbləğ 20 000 manatadək, müddət 48 ayadək, illik faiz dərəcəsi – 12 ay və ondan aşağı müddətə – illik 16%, 12 aydan yuxarı müddətə : ABB-də aktiv krediti olmadığı halda və ya aktiv kreditə paralel kredit götürüldükdə- illik 17%, ABB-dəki kredit öhdəliyi bağlanmaqla kreditləşmə aparıldığı halda : Təminatsız kreditlərdə – illik 21%, Təminatlı kreditlərdə – illik 19% nəzərdə tutulub.

16 1

3. Əmanət kampaniyası 16.12.2019 – 31.01.2020 tarixlərini əhatə edəcək.
Fiziki şəxslər tərəfindən 50 000 AZN və daha yüksək məbləğdə yerləşdirilən (yeni və müddəti uzadılan) əmanətlər üzrə +1% şərti ilə faiz dərəcələri tətbiq olunacaq.

ghjkl


Turanbank – 30.12.2019-cu il tarixinədək kredit və ya depozit rəsmiləşdirmək üçün banka müraciət edən hər vətəndaşa daxilində 0.5, 1, 1.5 rəqəmləri əks olunan kuponlar yerləşdirilmiş qutu təqdim olunacaq. Hər müraciət edən öz şanslı kuponunu özü çıxaracaq. Vətəndaşın çıxardığı rəqəmə bərabər, ona kredit faizində güzəşt, əmanət faizində isə artım təqdim olunacaq. Onu da qeyd edək ki, aksiya çərçivəsində kredit 0% komissiya ilə rəsmiləşdiriləcək.

Son xəbərlər
Digər xəbərlər