-1 C
Baku
Sunday, December 15, 2024

Banklarımız xalis mənfəətlərinin 25%-ni bu sahəyə yönəldir – AÇIQLAMA

“2012-2017-ci illər ərzində Azərbaycanın bank sektorunda maliyyə texnologialarının tətbiqinə 310 mln. manat vəsait yönəldilib. Bu, həmin dövrdə bankların qeyri-faiz xərclərinin 8%-ni təşkil edib. Sektor əldə etdiyi xalis mənfəətin 25%-ni bu istiqamətə yönəldib”.

Banker.az xəbər verir ki, bunu Bakıda keçirilən III Beynəlxalq Bankçılıq Forumunda Azərbaycan Banklar Assosasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

O qeyd edib ki, yeni iqtisadi şərait bankların müştərilər barədə daha dolğun məlumatlar əldə etməsini, onları emal etməsinə, hər bir müştəriyə ünvanlı məhsul və xidmət təqdim edilməsini tələb edir: “Bankçılıq yeni texnologiyaların tətbiqi sahəsində öncül sahələrdəndir”.

ABA sədrinin sözlərinə görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan banklarının cəmi aktivləri 4,6% artaraq 29,2 mlrd. manata, o cümlədən kredit portfeli 5% artaraq 11,9 mlrd. manata yüksəlib. Həmçinin 9 ay ərzində əhalinin banklardakı əmanətləri 8,4% artaraq 8,2 mlrd. manata çatıb. Sektorun kapitallaşması da əhəmiyyətli dərəcədə artıb. Hazırda bank sektorunun inkişafı üçün yeni drayverlərə ehtiyac var. Rəqəmsalllaşma bu drayverlərən biri ola bilər”.

Report

Son xəbərlər
Digər xəbərlər