Bildiyiniz kimi, 14 fevral dünyada sevgililər günü kimi qeyd edilir. Bu bayram isə sevgililər üçün fərqli bir gündür, çünki adı üstündə məhz sevgililərin günüdür. Bayram günü isə sevgililər bir- birindən hədiyyə gözləyirlər. Bu səbəbdən də belə bir gündə banklarımız sevgililəri hədiyyəsiz qoymadı.
Belə ki, ölkəmizdə 3 bank- Bank Of Baku və Unibank və Yapı Kredi Bank sevgililər üçün kampaniyaya start verdilər.

Beləliklə, Bolkart sahibi olan sevgililər 3, 6 və ya 12 ay ödənişli mağazada 14 fevral tarixində alış-veriş etdikləri təqdirdə, malın dəyərini 14 aya bölüb ödəyəcəklər. Bu kampaniya yalnız 1 aylıq ödəmə müddətli mağazalara şamil edilmir.
Eləcə də, Unibank Albalıdan 14/14 kampaniyasına start verib. Yalnız bir gün- 14 fevralda ALBALI kartla 3 ay və daha uzun müddətə edilən alış-verişin dəyərini 14 aya ödəyin.
Sevgililərə hədiyyə edən növbəti Bank isə Yapı Kredi Bankdır. Belə ki, 16 fevrala qədər Worldə Üzv geyim,aksesuar və parfümeriya mağazalarında Worldcardla 30 AZN üzəri hissə-hissə alış-verişləri əlavə 3 hissəyə ödəyə biləcəksiniz.

Siz də sevgilinizi hədiyyəsiz qoymayın və banklarımızın təqdim etdikləri kampaniyalardan faydalanın.
Biz də Banker.az adından butün sevənləri təbrik edir, onlara xoşbəxt həyat arzu edirik!








