11 C
Baku
Tuesday, November 26, 2024

Bankların əhaliyə dollar satışı artdığına görə mübadilə məzənnəsi 20 ayın maksimumuna yüksəlib – RƏSMİ

2021-ci il ərzində Azərbaycanda ABŞ dollarına olan maraq son iki ayda daha çox yüksəlib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabata görə, 2021-ci ilin noyabr və dekabr ayları ərzində müvafiq olaraq  316.82 mln. ABŞ dolları və 421.89 mln. ABŞ dolları banklar tərəfindən əhaliyə satılıb. 2021-ci ilin ortalarında əhalinin dolların alışına marağı nəinki azalmış, hətta yastıq altındakı dolları banklarda manata çevirilirdi.

843928423

Beləliklə, 2021-ci il ərzində 2 milyard 095.91 milyon dollarlıq  əhaliyə dollar satılıb.  Bunun müqabilində əhalidən banklar  1 milyard 353.12 milyon ABŞ dolları alınıb. Bu da o deməkdir ki, 2021-ci ildə 742.79 milyon dollar fərqlə ABŞ valyutası əhalinin “yastıq” altına gedib.

ABŞ dollarının mübadilə əməliyyatlarında satışların xeyli yüksəlməsi səbəbindən 1 dollar 1.7013 manata qədər yüksəlib. Bu da o deməkdir ki, 2020-ci ilin aprelindən bu tərəfə maksimum göstəricidir.

343435235

Son xəbərlər
Digər xəbərlər