Bankların 2026-cı ilin I rübü üzrə əməliyyat mənfəətinə görə RENKİNQİ

Azərbaycan bank sektorunda 2026-cı ilin ilk rübündə əməliyyat mənfəəti üzrə artım qeydə alınıb. Banker.az-ın bankların maliyyə hesabatlarına əsaslanan ilkin hesablamalarına görə, sektor üzrə ümumi əməliyyat mənfəəti 540.4 milyon manat təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövründə 417.9 milyon manat olub. Nəticədə illik müqayisədə əməliyyat mənfəəti 122.5 milyon manat və ya 29.3% artıb.

Banklar üzrə ən yüksək əməliyyat mənfəəti ABB-də qeydə alınıb. Belə ki, bankın əməliyyat mənfəəti 164.2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründəki 121.4 milyon manatla müqayisədə artım deməkdir. İkinci yerdə Kapital Bank qərarlaşıb və onun əməliyyat mənfəəti 162.8 milyon manata yüksəlib (2025-ci ildə 99.1 milyon manat). PAŞA Bank isə 69.2 milyon manat əməliyyat mənfəəti ilə üçüncü olub.

Bank Respublika və AccessBank da müsbət dinamika nümayiş etdirərək müvafiq olaraq 22.4 milyon manat və 19.9 milyon manat əməliyyat mənfəəti əldə ediblər.

Qeyd edək ki, əməliyyat mənfəəti bankın əsas bankçılıq fəaliyyətlərindən əldə etdiyi gəlirdir və faiz, komissiya və digər əməliyyat gəlirlərinin xərclər çıxıldıqdan sonra qalan hissəsini əks etdirir.

34

Son xəbərlər
Digər xəbərlər