26 C
Baku
Saturday, July 27, 2024

Bankların 9 filialı bağlanıb – Statistika

Azərbaycan kommersiya banklarının 2017-ci ilin yanvar-aprel aylarında 9 filial bağlanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistikaya görə, yanvar ayından mayın 1-dək bankların ümumilikdə 9 filialı fəaliyyətini dayandırıb.

Belə ki, əgər bu ilin yanvarın 1-nə ölkədə bankların filiallarının sayı 569 olubsa, aprelin sonunda bu göstərici 560-a qədər azalıb. Bundan fərqli olaraq, hesabat dövründə bank şöbələrinin sayında cüzi artım qeydə alınıb. Əgər bu ilin yanvarın 1-dək 131 bank şöbəsi fəaliyyət göstəribsə, apreldə şöbələrin sayı 140-a qədər artıb.

Hesabat görə ATN-lərin sayında da artım var. Belə ki, son dörd ayda ATM-lərin sayı 32 ədəd artaraq 2493-ə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər