15 C
Baku
Saturday, April 20, 2024

Bankların adı necə qoyulur?

  1. Bankın onun nizamnaməsi ilə müəyyən edilmiş firma adında mütləq qaydada “bank” sözü olmalıdır. Heç bir bank istənilən sənəddə, elanlarda və ya reklamda özününnizamnaməsində göstərilən addan fərqli adla adlandırıla bilməz.
  2. «Bank» sözünün işlədildiyi mətndən bu sözün bank fəaliyyətinə aid edilmədiyi tam aydın olduğu hallardan başqa, bank fəaliyyəti ilə məşğul olmayan hüquqi şəxsin adında «bank» sözünün (“bank” sözü olan söz birləşməsinin) istifadəsi qadağandır.
  3. Bankın törəmə banklarının adında əsas bankın adı göstərilməlidir.  Bank lisenziyası ləğv olunmuş bankların adına “ləğv prosesində olan” sözləri əlavə edilir.
  4.  Bankın adında “Azərbaycan Respublikası”, “dövlət”, “milli” sözlərindən istifadə edilməsinə yalnız qanunvericilikdə nəzərdə tutulduğu hallarda yol verilir.
  5. Banklar eyni addan istifadə edə bilməz.
Son xəbərlər
Digər xəbərlər