8 C
Baku
Wednesday, October 30, 2024

Bankların aktivləri ₼50.3 milyardı keçib – İCMAL

30 iyun 2024-cü il tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 486, şöbələrinin sayı 91, ATM-lərin sayı 3 086 olub.

Banker.az bunu Mərkəzi Bankın statistik bülleteninə istinadən xəbər verir.

Bank işçilərinin sayında artım trendi cari ilin iyun ayında da davam edib.

Hesabat ayında bank sektorunda çalışanların sayı 0.1% və ya 35 nəfər artaraq 24 223 nəfər təşkil edib.

Fəaliyyətdə olan bankların cəmi aktivləri 50 mlrd. 328.1 mln. manat, cəmi öhdəlikləri 44 mlrd. 086.3 mln. manat, balans kapitalı 6 mlrd. 241.8 mln. manat olub.

İyun ayında bank sektorunun cəmi aktivləri və cəmi öhdəlikləri müvafiq olaraq 2.4%3% artmış, balans kapitalı isə 1.4% azalıb.

Mərkəzi Bank balans kapitalının azalmasını dividend ödənişləri ilə bağlı olduğnu bildirir.

KREDİTLƏR

İyun ayında bankların kredit portfeli 1.1% və ya 271.3 mln. manat artaraq 25 mlrd. 429.5 mln. manat olub.

Kredit portfelinin strukturu belədir:

ı) biznes kreditləri – 54.6% (13,874.8 mln. manat);
ıı) istehlak kreditləri – 30% (7,633.8 mln. manat)
ııı) ipoteka kreditləri – 15.4% (3,920.8 mln. manat).

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.6 faiz bəndi azalaraq 1.7% təşkil etmişdir.

Qeyd edilir ki, bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 79.8%-i və ya 35 mlrd. 185 mln. manat.

DEPOZİTLƏR

Depozit portfelinin 60.6%-i (21 mlrd. 304.8 mln. manat) hüquqi şəxslərin, 39.4%-i (13 mlrd. 880.3 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Əhalinin əmanətləri (müddətli + cari hesablar) iyun ayında 3.6% və ya 480.7 mln. manat artıb. Artımın 86.5%-i (415.8 mln. manat) milli valyutada, 13.5%-i (65 mln. manat) xarici valyutada əmanətlər üzrə olmuşdur.

Fiziki şəxslərin əmanətlərinin 65.6%-i (9 mlrd. 100.4 mln. manat) milli valyutada, 34.4%-i (4,779.8 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 55.8%-i (7 mlrd. 750.6 mln. manat) müddətli əmanətlərdən ibarətdir.

Hüquqi şəxslərin tələbli depozitləri 16,252.9 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76.3%-ni təşkil etmişdir. • Fiziki şəxslərin əmanətlərinin dollarlaşması iyun ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 2.6 faiz bəndi azalaraq 33.9% təşkil edib.

GƏLİRLƏR

2024-cü ilin yanvar–iyun ayında Azərbaycan bankları tərəfindən 614 mln. manat xalis mənfəət, 875.5 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edilib.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Halbuki, keçən ilin müvafiq dövründə banklar 563.3 mln. manat xalis mənfəət, 772.3 mln. manat əməliyyat mənfəəti etmişdilər.

Cari ilin 6 ayında banklar tərəfindən ümumilikdə 124.1 mln. manat məbləğində mənfəət vergisi ödənilib.

Bankların ümumilikdə gəlirləri 2 mlrd. 762.7 mln. manat təşkil edib. Öncəki ilin müvafiq dövründəki ümumi gəlirlər 2 mlrd. 267.2 mln. manat idi.

b1b2234324324232 4

Son xəbərlər
Digər xəbərlər