Azərbaycan bankları 2024-cü ildə cəmi aktivlərini təqribən 8 faiz artımla 53 milyard manata yüksəlib.
Banker.az tərəfindən tərtib edilən hesabata əsasən, siyahıya ABB liderlik edir. ABB-nin hazırda 13.63 mlrd. manat təşkil edir. TOP-5-likdə, ikinci sırada 11.37 mlrd. manatla Kapital Bank, üçüncü sırada 8.22 mlrd. manatla PAŞA Bank, dördüncü sırada 3.06 mlrd. manatla Xalq Bank və beşinci sırada isə 2.18 mlrd. manatla Bank Respublika dayanır.
TOP10 bankların cəmi bank sektorunun aktivlərindəki payı 87 faizdir və demək olar ki, son bir ildə dəyişməz qalıb.