30 sentyabr 2024-cü il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 50 mlrd. 840.8 mln. manat, cəmi öhdəlikləri 44 mlrd. 550 mln. manat, balans kapitalı isə 6 mlrd. 290.8 mln. manat olub.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, sentyabr ayında bankların aktivləri və öhdəlikləri müvafiq olaraq 2.6% (1 mlrd. 273.1 mln. manat) və 3% (1 mlrd. 294 mln. manat) artmışdır.
Kredit portfelinin artımı sentyabr ayında da davam etmişdir. Hesabat ayında bankların kredit portfeli 2.4% və ya 630.4 mln. manat artaraq 26 mlrd. 706 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54% (14 mlrd. 407.9 mln. manat); ıı) istehlak kreditləri – 30.5% (8 mlrd. 152.8 mln. manat) və ııı) ipoteka kreditləri – 15.5% (4 mlrd. 145.3 mln. manat).
30 sentyabr 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 482, şöbələrinin sayı 88, ATM-lərin sayı 3 mlrd. 140 olmuşdur.
Hesabat ayında bank sektorunda çalışanların sayı 0.7% və ya 173 nəfər artaraq 24 mlrd. 696 nəfər təşkil etmişdir.