22 C
Baku
Tuesday, May 27, 2025

Bankların aktivləri apreldə azalıb – İCMAL

Azərbaycan banklarının cəmi aktivləri 2025-ci ilin aprelinin sonuna 54 mlrd. 607.1 mln. manat, cəmi öhdəlikləri 47 mlrd. 625.5 mln. manat, balans kapitalı 6 mlrd. 981.6 mln. manat olmuşdur.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının aprel üzrə statistik bülleteninə istinadən xəbər verir.

Bununla da, aktivlərin həcmi apreldə 0.4%, öhdəliklər 0.7% azalıb, cəmi kapital isə 1.2% artıb.

Hesabat ayında bankların kredit portfeli 0.8% və ya 219.4 mln. manat artaraq 28 mlrd. 096.5 mln. manat olub.

Kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 53.2% (14 mlrd. 952.7 mln. manat);

ıı) istehlak kreditləri – 31.1% (8 mlrd. 747.6 mln. manat)

ııı) ipoteka kreditləri – 15.7% (4 mlrd. 396.2 mln. manat).

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.1 faiz bəndi azalaraq 1.7% təşkil etmişdir.

 

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 77.2%-i və ya 36 mlrd. 747.5 mln. manat. Depozit portfelinin 60.4%-i (22 mlrd. 199.6 mln. manat) hüquqi şəxslərin, 39.6%-i (14 mlrd. 547.9 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Fiziki şəxslərin əmanətlərinin 66.3%-i (9 mlrd. 645.1 mln. manat) milli valyutada, 33.7%-i (4 mlrd. 902.8 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 62.8%-i (9 mlrd. 135.7 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri aprel ayında 1.4% və ya 126.4 mln. manat artmışdır. 2025-ci ilin aprel ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2.3% (3 mlrd. 599 yeni əmanətçi), ilin əvvəlindən isə 7.5% (11 mlrd. 337 nəfər) artıb.

Hüquqi şəxslərin tələbli depozitləri 16 mlrd. 832.2 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.8%-ni təşkil etmişdir.

2025-ci ilin yanvar – aprel aylarında banklar 339.8 mln. manat xalis mənfəət, 564.4 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin 4 ayında banklar tərəfindən ümumilikdə 90.1 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir

Son xəbərlər
Digər xəbərlər