Azərbaycan banklarının aktivlərinin həcmi 2023-cü ilin ilk 9 ayında 3%-ə yaxın azalıb.
Banker.az bunu bankların maliyyə hesabatlarına istinadla xəbər verir.
Bank sektorunun aktivlərinin həcmi hazırda 45 milyard 530.47 milyon manatdır.
Aktivlərin TOP3-lüyündə dəyişiklik var. Belə ki, “Kapital Bank” ASC-nin aktivlərinin həcmi ilin ilk üç rübündə 8.15% artımla 8 milyard 459.44 milyon manata yüksəlib ki, bu da onu ABB-dən sonra ən iri aktivlərə sahib olan bank edir. 2023-cü ilin ilk 6 ayının sonuna olan renkinqdə “PAŞA Bank” ASC ikinci sırada idi.