Azərbaycanda bankaların aktivlərinin həcmi 2025-ci ilin ilk rübündə təqribən 3.5 faiz artımla 54 milyard 855.6 milyon manata yüksəlib.
Banker.az xəbər verir ki, renkinqə 14 milyard 330 milyon manatla ABB liderlik edir və hazırda ümumi bazar payı aktivlər üzrə 26 faizdir. İkinci sırada onu çox yaxın məsafə ilə “Kapital Bank” ASC 12 milyard 448 milyon manatla izləyir. Üçüncü sırada 8 milyard 242 milyon manatla “PAŞA Bank” ASC dayanır.