İlkin hesablamalara görə, Azərbaycan banklarının aktivlərinin həcmi 1 yanvar 2026-cı il tarixinə 57 milyard 86.19 milyon manata yüksəlib. Banker.az-ın hesablamalarına əsasən, bu göstərici illik müqayisədə təqribən 8 faiz artım deməkdir.
ABB-nin aktivlərinin həcmi 13.63 milyard manat olmaqla, əvvəlki illə müqayisədə demək olar ki, dəyişməz qalıb. Eyni dinamika Kapital Bank-da da müşahidə olunur – 11.32 milyard manat. Üçüncü yerdə isə 9.41 milyard manatla PAŞA Bank qərarlaşıb.








