9 C
Baku
Monday, November 18, 2024

Bankların aktivləri yenidən ₼49 milyardın üzərinə yüksəlib – İCMAL

Azərbaycanda bank sektorunun aktivlərinin həcmi yenidən artaraq 49 mlrd. manatın üzərinə çıxıb.

Banker.az xəbər verir ki, bankların aktivləri mayın əvvəli ilə müqayisədə 237.6 mln. manat və ya 0.5 faiz artımla 49 milyard 147.5 mln. manata yüksəlib.

Bununla belə, aktivlərdəki itki hələ də bərpa olunmayıb. 2024-cü ilin əvvəlində aktivlərin cəmi həcmi 49 mlrd. 178.2 mln. manat idi.

Aktivlərin 25 mlrd. 158.2 mln. manatını müştərilərə verilən kreditlər təşkil edir. Bu kreditlər ilin əvvəli ilə müqayisədə beş ayın sonuna 8.5 faiz artmış olub. May ayında bankların kredit portfeli 2.1% və ya 513.7 mln. manat artıb. Portfeldə biznes kreditləri – 54.8% (13,784.7 mln. manat), istehlak kreditləri – 29.7% (7,480.2 mln. manat) və ipoteka kreditləri – 15.5% (3,893.3 mln. manat) təşkil edib.

May ayında bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 308.4 mln. manat (+2.3%), 153.2 mln. manat (+2.1%) və 52.2 mln. manat (+1.4%) artıb.

Bankların depozit portfelinin həcmi ilin əvvəli ilə müqayisədə mayın sonuna 0.8 faiz artımla 34 mlrd. 835.2 mln. manata yüksəlib. Bunun 13 mlrd. 399.5 mln. manatı fiziki, 21 mlrd. 435.7 mln. manatı isə hüquqi şəxslərin vəsaitləridir.

Banklar 1 iyun 2024-cü il tarixinə 42 mlrd. 817.8 mln. manat öhdəliklərə sahib olub.

2024-cü ilin yanvar–may ayında banklar tərəfindən 519.7 mln. manat xalis mənfəət, 732.6 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edilib. Öncəki ildə 437.1 mln. manat xalis mənfəət əldə edilmişdi.

Hesabat ayında bank sektorunda çalışanların sayı 0.3% və ya 78 nəfər artaraq 24 188 nəfər təşkil edib.

1223 21112 1 22 2

Son xəbərlər
Digər xəbərlər