28 C
Baku
Saturday, July 27, 2024

Bankların AMB-dəki ikihəftəlik depozitlərə tələbi təklifi 5 qat üstələdi

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.

Bu gün 11:00-da Bloomberg platformasındakı hibrid formalı hərracından 100 mln. manat cəlb edilməsi nəzərdə tutulmuşdu.

Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında kommersiya banklarının tələbi 531 mln. manat olub. Qeyd edək ki, sonuncu dəfə 16 noyabrda keçirlən hərracda 200 mln. manat cəlbi nəzərdə tutulan hərracda 758.3 mln. manat tələb vardı.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6.01% təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər