5 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Bankların AMB-yə 2 həftəlik vəsait yatırımında marağı kəskin artıb

Azərbaycan Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.

Banker.az bildirir ki, bu hərracda da tələb təklifi kəskin üstələyib.

20.04.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 480,3 mln. manat təşkil edib. Halbuki, AMB banklardan bu hərracda 200 mln. manat cəlb etməyi planlamışdı.

Bu hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdir.

Son xəbərlər
Oxşar xəbərlər