13 C
Baku
Saturday, November 23, 2024

Bankların bahar kampaniyaları

Novruz bayramı münasibətilə banklarımızın keçirdiyi  kampaniyalardan  səmərəli istifadə edə bilərsiniz. Bankların bahar hədiyyəsi isə bir –birindən fərqlidir. Banker.az sizə hazırda banklarda bayram ilə əlaqədar olan  kampaniyaları təqdim edir.

AG Bank

10649522_858093967601231_4029008641147374712_nAGBank “Həzz Kart” sahibləri üçün nağlaşdırma kampaniyasına başlayır. Belə ki, kart istifadəçiləri mart ayının 16-dan – 22-dək “Həzz Kart” ilə 300 manatadək nağdlaşdırma əməliyyatlarını həyata keçirə biləcəklər. Bu isə o deməkdir ki, 7 günlük kampaniya çərçivəsində “Həzz Kart”-dan yalnız alış-veriş zamanı deyil, həmçinin nağd pul ehtiyacınızı ödəmək üçün istifadə edə biləcəksiniz.   3 aylıq opsiya üzrə nağlaşdırmanın komissiya haqqı 5% təşkil edir. Yəni, siz 300 manat nağdlaşdırma etdiyi halda 3 ay ərzində banka 315 AZN (5% nağdlaşdırmaya görə komissiya ilə birgə) vəsaiti hər ay 105 AZN ödəməklə geri qaytarmalısınız.

Amrahbank

11043100_808360672533282_2522645495703968424_nNovruz bayramı ərəfəsində Amrahbank  kampaniyasına start verir. “Endirim almağın ən asan yolu” kampaniyası 2015-ci il 10-31 mart tarixləri arasında keçiriləcək. Bu müddət ərzində “Amrahbank”ın Facebook səhifəsini bəyənən və kampaniyaya aid şəkili kütləvi (hər kəsə açıq) paylaşan şəxslər və ya onların ailə üzvləri kampaniya zamanı İstehlak və ya Mikro Biznes krediti götürdükdə illik 2% endirim əldə etmək imkanı qazanacaq.

Bank of Baku

Novruz+1taksitBank of Baku 19-22 mart tarixləri arasında Bolkart sahibləri üçün bayram kampaniyasını elan edir.

Kampaniyanın şərtlərinə görə qeyd olunan tarixlərdə “3,6,12 aya ödə” partnyorlarında alış-veriş edən Bolkart sahibləri əlavə olaraq 1 aylıq ödəmə imkanını qazanacaq və beləlilkə də 3 aylıq ödəməni 4 aya, 6 aylıq ödəməni 7 aya, 12 aylıq ödəməni isə 13 aya həyata keçirəcək. “1 aya ödə” partnyorlarında isə “indi al 2 ay sonra” kampaniyası keçərli olacaq. Mart ayında alış –veriş edənlər, ödəməni May ayının 10-dək əlavə xərcsiz etmək imkanını əldə edəcəklər.

DəmirBank

DəmirBank-ın Novruz bayramı münasibətilə “28 Mall” ticarət mərkəzində keçirdiyi bayram aksiyasında “Selfie çək, hədiyyə qazan” foto müsabiqəsi davam edir. Bu dəfə də ən çox bəyənilən foto sahibi günün qalibi elan edilərək dəyərli hədiyyələr əldə edəcək.  Qeyd edək ki, foto müsabiqədə iştirak edən hər bir şəxsə kreditlərdə 3% endirim, depozitlərdə 1% əlavə faiz əldə etmək hüququ verən xüsusi imtiyaz kuponları təqdim edilir.

Kapital Bank

11060091_364350160417888_1796331123704594466_nNovruz bayramı münasibətilə martın 20-dən 27-dək “Kapitalkart”-la partnyor şəbəkədə aparılmış əməliyyatlar üzrə taksit sayına 3 taksit əlavə ediləcək. (1 aylıq opsiya ilə aparılmış əməliyyatlar istisna olunur).  Xatırladaq ki, əlavə 3 taksitə görə partnyorun əvvəlcədən təyin olunmuş komissiyasından əlavə komissiya tutulmur.  Məs:
faceposting20 mart tarixində partnyorda 9 taksitlə edilmiş əməliyyat 12 taksitə bölünür və 9 ay üzrə müəyyən olunmuş komissiya tutulur.

Unibank

Martın 19-dan 22-dək öz Albalı və Albalı Plus kartı ilə alış-veriş edənlərə 1 taksit də Unibankdan hədiyyə olunacaq. Unibank bayramı xarici ölkələrdə keçirmək istəyənlərə də möhtəşəm bayram həyəcanı yaşadacaq. Albalı Plus kartları ilə alış-veriş zamanı sms taksit xidmətindən əlavə 1 taksit kart sahiblərinə hədiyyə ediləcək.

Son xəbərlər
Digər xəbərlər