Azərbaycan kommersiya banklarından bir neçəsi ABŞ dollarının nağd şəkildə həm satış həm də alış qiymətindəki rəqəmlərə əl gəzdirib.
Bu barədə banker.az-ın monitoqinq qrupu bildirir.
Məlumata görə, dolların satış qiymətini ən çox qaldıran “Azərbaycan Sənaye Bankı”, “AFB Bank”, “ATABank” və “Expressbank”dır. Belə ki, bu bankları hər biri ötən gün dolları 1,7020 manata satdığı halda bu gün bahalaçdlraraq 1,7030 manatla satırlar. Hazırda satış ən baha qiymətə Azərbaycan Sənaye Bankın-da 1,7050 manat olmaqla mübadilə olunur. Satışın nağd şəkildə ən ucuz ” Kapital Bank”, “PAŞA Bank” və ” Xalq Bank”da 1,7020 ilə ticarıt olunur.
Alış qiymətini də bir neçə bank artıraraq 1,7000 səviyyəsinə qaldırıb. Buraya “ATA Bank”, “AFB Bank”, “Bank of Baku”, “Expressbank”, “NBC Bank” və ” Rabitəbank”dır.
Ətraflı: https://banker.az/m%C9%99z%C9%99nn%C9%99/