7 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

Bankların birjada notlara tələb yenidən artdı – 4.32 dəfə

21 yanvar 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50100489S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 27 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 99.5339 (6.24%) və  97.5702 (5.76%) olan 28 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 864,189,400 manat olmuşdur. Bu da tələb təklifi 4.32 dəfə üstələməsi deməkdir.

984234

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 97.5702 (5.76%), orta ölçülmüş qiyməti isə 97.5702(5.76%)  müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 17.02.2021-ci ildir.

Son xəbərlər
Oxşar xəbərlər