İyul ayında bankların kredit portfeli 0.4% və ya 75.8 mln. manat artaraq 21.372
mln. manat olub.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Kredit portfelinin strukturu aşağıdakı kimidir:
ı) biznes kreditləri – 54.4% (11,622.7 mln. manat);
ıı) istehlak kreditləri – 29.8% (6,376 mln. manat) və
ııı)ipoteka kreditləri – 15.8% (3,373.3 mln. manat).
Belə ki, 2023-cü ilin yanvar-iyul aylarında bankların biznes kreditləri portfeli aylıq müqayisədə 28 milyon manat azalaraq 11 milyard 623 milyon manata düşüb.