30 C
Baku
Friday, July 19, 2024

Bankların biznes kreditlərinin RENKİNQİ: həcmi, dinamikası və bazar payına görə (01.04.2024)

Azərbaycan bankları 2024-cü ilin birinci rübündə biznes müştərilərinə verdiyi kreditlərin həcmi 4.6 faiz artaraq 13 mlrd. 201.5 milyon manata yüksəlib.

Banker.az-ın tərtib etdiyi renkinqə görə, “PAŞA Bank” ASC 2.82 mlrd. manatla ilk sıradakı mövqeyini qoruyub. Korporativ istiqamətdə inkişaf etməkdə olan kommersiya bankının biznesə verdiyi kredit portfeli təkcə ilin ilk rübündə 8.6 faiz artım göstərib. Onun hazırda bazar payı 21 faiz təşkil edir.

İkinci sırada dövlətin ABB-sidir. ABB-nin biznesə verdiyi kreditlərin həcmi ilk rübdə 5.3 faiz artımla 2.64 mlrd. manata yüksəlib və bazardakı mövqeyi 20 faizdir.

Üçüncü sıranı “Kapital Bank” ASC 1.39 mlrd. manatla “Kapital Bank” ASC dayanır. Bank ilk rübdə biznes kreditlərini 3.1 faiz artımla bazar mövqeyni 10 faizdə qərarlaşdırıb.

TOP10-lar bazarın hazırda 85 faizini əlində cəmləyir.

 

34567890 987654321

 

Son xəbərlər
Digər xəbərlər