Bank sektorunda biznes kreditlərinin həcmi 2025-ci ilin dekabr ayının sonuna 16,106.3 milyon manat təşkil edib.
Banker.az xəbər verir ki, bu göstərici 2024-cü ilin dekabrı ilə müqayisədə 1,319.1 milyon manat və ya təxminən 9% artım deməkdir.
Belə ki, ötən ilin eyni dövründə biznes kreditləri 14,787.2 milyon manat olub.
Aylıq müqayisədə də artım qeydə alınıb. Noyabr ayında biznes kreditlərinin həcmi 15,804.8 milyon manat olduğu halda, dekabrda bu göstərici 301.5 milyon manat artaraq 16,106.3 milyon manata yüksəlib.






