2025-ci il 1 aprel tarixinə olan məlumata əsasən, Azərbaycanda fəaliyyət göstərən banklar arasında bölüşdürülməmiş mənfəətin həcminə görə Kapital Bank liderdir – 654.2 mln. manat.
İkinci yerdə 551.25 mln. manatla ABB, üçüncü sırada isə 528.63 mln. manatla PAŞA Bank qərarlaşıb. İlk beşliyi Bank Respublika (100.68 mln. manat) və Bank of Baku (99.77 mln. manat) tamamlayır.