Bankların dollara tələbi yenidən yüksəldi

Azərbaycan Mərkəzi Bankından fevralın yeddinci valyuta hərracı bitdi.

Banker.az xəbər verir ki, ölkənin suveren fondu Dövlət Neft Fondu 23 fevral tarixində keçirilən hərracda yerli banklara 58.3 mln. dollar ekvivalentində xarici valyuta satıb. Bu da öncəki hərracdakından 16.8% çox olması deməkdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.

Mərkəzi Bankın hərracında bankların valyuta tələbinin “tam təmin” olunduğunu deyir.

Bununla da ilk 7 hərracda cəmi 396.6 mln dollar valyuta satılıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.