08 dekabr 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
Hərracda tələb 66.0 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Bu isə son iki ay ərzində ən yüksək rəqəmdir. Son üç ay ərzində maksimum rəqəm oktyabrın 15-də 64.7 mln. manat olmaqla qeydə alınmışdı.
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.
Cəm olaraq dekabrın 3 hərracında ARDNF banklara 192.9 mln. dollar satıb.