Ötən ilin noyabr ayında bankların dövriyyədə olan aktiv plastik kartlarının sayı 6 milyon 476 min ədəd təşkil edib.
Bu müddətdə sosial kartların sayı 2 milyon 532 min, əməkhaqqı kartları 2 milyon 41 min, digər kartlar 1 milyon 69 min və kredit kartlarının sayı 835 min ədəd olub.
Qeyd edək ki, son bir ildə bankların dövriyyədə olan aktiv plastik kartlarının sayı 704 min ədəd artıb.