-1 C
Baku
Thursday, February 9, 2023

Bankların fəaliyyət növləri dəqiqləşdirilir

Bankların fəaliyyət növləri dəqiqləşdirilir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Banklar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, banklar maliyyə bazarlarına nəzarət orqanından aldığı bank lisenziyasında qadağan edilməmişdirsə, öz hesabına və ya müştərilərin hesabına çeklərin, köçürmə veksellərinin, qiymətli metalların və qiymətli daşların, habelə öz hesabına valyuta və faiz dərəcələrinə aid törəmə maliyyə alətlərinin alqı-satqısı ilə məşğul ola biləcəklər.

Qüvvədə olan qanuna əsasən, banklar maliyyə bazarlarına nəzarət orqanından aldığı bank lisenziyasında qadağan edilməmişdirsə, öz hesabına və ya müştərilərin hesabına maliyyə vasitələrinin (o cümlədən çeklərin, köçürmə veksellərinin, borc öhdəliklərinin və depozit sertifikatlarının), qiymətli metalların və qiymətli daşların, valyuta və faiz vasitələrinin, səhmlərin və digər qiymətli kağızların, habelə forvard kontraktlarının, svoplara dair sazişlərin, fyuçerslərin, opsionların və valyutalara, səhmlərə, istiqrazlara, qiymətli metallara və ya faiz dərəcələrinə aid digər törəmə vasitələrin satın alınması və satılması ilə məşğul olur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X