5 C
Baku
Şənbə, Yanvar 29, 2022

Bankların fərdi sahibkarlara verdiyi kreditin həcmi 1.3 mlrd. manatı keçib

Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərə banklar tərəfindən verilən kredit həcmi yenidən böyüdü.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 1 noyabr 2021-ci il tarixinə fərdi sahibkarlara verilən kreditin həcmi tarixi maksimum yeniləyərək 1 milyard 323.7 milyon manata çatıb.

Burada AMB bank olmayan kredit təşkilatları istisna olmaqla və vaxtı keçmiş kreditlər daxil olmamaqla hesablanır.

Bu son bir ayda 61.2 mln. manat və ya 4.85% artım dinamikasıdır. İllik müqayisədə isə fərdi sahibkarların kredit portfeli 516.7 mln. manat və ya 64.03% artmışdır.

1 noyabr tarixinə fərdi sahibkarlara verilən kreditin 1 mlrd. 246 mln. manatı milli və 77.7 mln. manatı isə xarici valyutada olub.

Azərbaycanda fərdi sahibkarlara verilən kreditlərin portfeli cari ilin mayın 1-dən etibarən, tarixdə ilk dəfə 1 mlrd. manatı ötüb.

2312312321312313123

Son xəbərlər
Oxşar xəbərlər