10 C
Baku
Thursday, December 12, 2024

Bankların fərdi sahibkarlara verilən kreditin həcmi 39% artıb – Portfel milyarda çatır

Azərbaycanda fiziki şəxs kimi şirkət yaratmadan sahibkarlıqla məşğul olanlara verilən kreditlərin həcmi 965.1 mln. manata çatıb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 1 aprel 2021-ci il tarixinə olan göstəricilərə istinad edir.

Qeyd edək ki, burada bank olmayan kredit təşkilatları istisna olmaqla və vaxtı keçmiş kreditlər daxil olmayan kreditlər hesablanır.

Bu da son bir ayda 38.7 mln. manat, yaxud 4.2% artım deməkdir. Son bir ildə isə bu kreditlərin həcmi 38.7% artmışdır.

Bu kreditlərin də 886.4 milyon manatı milli valyutada, 69.6 milyon manatı isə xarici valyutadadır.

Son xəbərlər
Digər xəbərlər