18 C
Baku
Thursday, May 16, 2024

Bankların fərdi və mikro sahibkarlara verdiyi kreditlər tarixi rekord yeniləyib

Azərbaycan bankları mikro və fərdi sahibkarlara verdiyi kreditlərin həcmini avqusta da artırıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 1 sentyabr tarxininə mikro sahibkarlara verilən biznes kreditlərin həcmini  2 milyard 296.5 milyon manata çatdırıb. Bu da son bir ayda 4% artımdır.

Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan sahibkarlara isə 2 milyard 646.2 milyon manat kredit verilib. Bu da son bir ayda 3.5% artımdır.

Qeyd edək ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarına uyğun olaraq işçi sayı 1-10 nəfər arası, illik gəliri 200 min manata qədər olduğunda mikro sahibkar sayılır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər